525.Az

Efiopiyada yol qəzası baş verib, 71 nəfər ölüb


 

Efiopiyada yol qəzası baş verib, 71 nəfər ölüb<b style="color:red"></b>

Efiopiyanın Sidama ştatında sərnişin daşıyan yük maşınının çaya düşməsi nəticəsində 71 nəfər ölüb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Efiopiya regional kommunikasiya bürosunun bəyanatında bildirilib.

Məlumata görə, hadisə Sidama ştatında, ölkənin paytaxtı Əddis-Əbəbədən təxminən 300 km cənubda baş verib.

Bildirilib ki, 68 kişi və 3 qadın həlak olub. Beş nəfərin vəziyyəti ağırdır.

Qeyd olunub ki, qəza zamanı yük maşınında olan sərnişinlərin dəqiq sayı barədə məlumat verilməyib.

 





30.12.2024    çap et  çap et