525.Az

Ermənistanın sabiq müdafiə naziri Moskvada saxlanılıb


 

Ermənistanın sabiq müdafiə naziri Moskvada saxlanılıb<b style="color:red"></b>

Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan Moskvanın mərkəzində saxlanılıb.

Bu barədə 525.az “Report” a istinadən xəbər verir.

Bildirilib ki, A.Karapetyan gündüz saatlarında Tver küçəsində saxlanılıb.

Sabiq nazir Ermənistanda "Qanunsuz sahibkarlıq fəaliyyətində iştirak", "Vəzifə səlahiyyətlərindən sui-istifadə" və s. maddələri üzrə axtarışa verilib.

Xatırladaq ki, Arşak Karapetyan 2021-ci ildə bir neçə ay Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb.

 





30.12.2024    çap et  çap et