525.Az

Azərbaycan bu il Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz ixrac edib


 

Azərbaycan bu il Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz ixrac edib<b style="color:red"></b>

Bu il Azərbaycan Avropaya qısa və uzunmüddətli müqavilələr üzrə 12,9 milyard kubmetr təbii qaz ixrac edib.

525.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, Azərbaycanın Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlamasından dörd il ötür: "Bu müddətdə TAP-la Avropaya 42,8 milyard kubmetr təbii qaz tədarük olunub".

 





31.12.2024    çap et  çap et