525.Az

Səfirlik: "ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığının davam etməsinə sadiqdir"


 

Səfirlik: "ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığının davam etməsinə sadiqdir"<b style="color:red"></b>

2024-cü ilin sona çatdığı bir vaxtda ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığının davam etməsinə sadiqdir.

525.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin X-dakı paylaşımında bildirilib.

“Keçən il biz terrorizm və insan alveri ilə mübarizə üzrə praktiki təlimlər keçirdik və Azərbaycan Silahlı Qüvvələrinin bir neçə üzvünün ABŞ-ın yüksək hərbi institutlarını bitirməsi şərəfinə nail olduq. Biz həmçinin Azərbaycanın NATO-nun təhlükəsizliyini daha da gücləndirəcək və qarşılıqlı fəaliyyətə dəstək verəcək çoxmillətli təlimlərdə gələcək iştirakının planlaşdırılmasını dəstəkləməkdən məmnunuq”, - deyə paylaşımda vurğulanıb.

 





31.12.2024    çap et  çap et