525.Az

Yenidən Ronaldonun komanda yoldaşı ola bilər


 

Yenidən Ronaldonun komanda yoldaşı ola bilər<b style="color:red"></b>

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

32 yaşlı futbolçu ilə "Əl-Nəsr" yaxından maraqlanır. Klub rəhbərliyi yarımmüdafiəçinin Kriştiano Ronaldo ilə yaxşı münasibətinin olduğunu bilir. Bu, transfer ehtimalını daha da artırır.

Qeyd olunur ki, futbolçu özü də "Əl-Nəsr"ə keçməyə müsbət yanaşır.

Bu mövsüm Kazemiro bütün turnirlərdə 22 matça çıxıb, 3 qol vurub. Onun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. 

Xatırladaq ki, Kazemiro və Ronaldo "Real"da komanda yoldaşı olublar. Kazemiro 2013-2022-ci, Ronaldo isə 2009-2018-ci illərdə Madrid təmsilçisində oynayıb. Kriştiano 2022-ci ilin dekabrından "Əl-Nəsr"in futbolçusudur. 

 





31.12.2024    çap et  çap et