525.Az

Qəza keçirən futbolçu evə buraxıldı


 

Qəza keçirən futbolçu evə buraxıldı<b style="color:red"></b>

"Vest Hem"in hücumçusu Maykl Antonio bu gün xəstəxanadan buraxılıb. 

525.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. 34 yaşlı futbolçu Londonun mərkəzi xəstəxanasında ayağından əməliyyat olunub. Hazırda o, bərpa prosesini ev şəraitində davam etdirəcək. 

Qeyd edək ki, daha öncə Maykl Antonio avtomobil qəzası keçirmişdi. 

 





31.12.2024    çap et  çap et