525.Az

"Real" Rüdigerlə müqaviləni uzatmaq istəyir


 

"Real" Rüdigerlə müqaviləni uzatmaq istəyir<b style="color:red"></b>

“Real” futbolçusu Antonio Rüdigerin müqaviləsini uzatmaq istəyir.

QOL.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Almaniya millisinin də üzvü olan müdafiəçi ilə yaxın günlərdə danışıqların başlanacağı bildirilib.

2022-ci ildən Madrid klubunda çıxış edən Rüdigerin hazırkı sözləşməsi gələn ilin yayına qədərdir.

Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm "Real"da 26 oyunda meydana çıxıb.

 





01.01.2025    çap et  çap et