525.Az

Kaliforniyada zəlzələ olub


 

Kaliforniyada zəlzələ olub<b style="color:red"></b>

ABŞ-nin Kaliforniya ştatında 4,7 bal gücündə zəlzələ olub.

525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) saytında məlumat yer alıb.

Təşkilatın yaydığı xəbərə görə, yeraltı təkanlar Kobb kəndindən 3,6 km cənub-şərqdə qeydə alınıb. Təbii fəlakətin episentri 1,1 km dərinlikdə yerləşib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin digər ştatı Alyaskanın sahillərində zəlzələ baş verib. Məlumata görə, yeraltı təkanların gücü 5,5 bal olub. Təbii fəlakətin episentri təqribən 32,7 min insanın yaşadığı Juneau şəhərindən 177 km şərqdə yerləşib.

İbrahim Cəfərov

 





02.01.2025    çap et  çap et