525.Az

2025-ci ilin ilk günündə İranda 15 nəfər edam edilib


 

2025-ci ilin ilk günündə İranda 15 nəfər edam edilib<b style="color:red"></b>

2025-ci ilin ilk günündə İranda 15 nəfər edam edilib.

525.az xəbər verir ki, bu barədə "Herana" xəbər agentliyi məlumat yayıb.

Yanvarın 1-də İranın müxtəlif həbsxanalarında ən azı 15 məhbusun edam edildiyi bildirilib.

Edamlar Kərəcdəki Malayer, Bəndər Abbas, Yasuc və Qezl-e Hassar həbsxanalarında həyata keçirilib.

İran İnsan Haqları Fəallarının illik hesabatına görə, 1 yanvar 2024-cü ildən 20 dekabr 2024-cü ilə qədər İran həbsxanalarında ən azı 930 məhbus edam edilib (APA).

 





02.01.2025    çap et  çap et