525.Az

“Bayer” argentinalı hücumçu transfer etdi


 

“Bayer” argentinalı hücumçu transfer etdi<b style="color:red"></b>

“Bayer” yeni ildə ilk transferini reallaşdırıb.

525.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Leverkuzen klubu Alexo Sarko ilə güclənib. 18 yaşlı forvard Argentinanın “Veles Sarsfild” klubundan heyətə cəlb olunub.

“Bayer” Sarko ilə 2029-cu ilin 30 iyununa kimi müqavilə imzalayıb. Argentinalı yeni klubuna azad agent kimi qoşulub.

Qeyd edək ki, 18 yaşlı futbolçu cari mövsüm “Veles Sarsfild”in heyətində meydana çıxdığı 14 matçda 6 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

İbrahim Cəfərov

 





03.01.2025    çap et  çap et