525.Az

"Milan" Superkubok oyununa ciddi itki ilə çıxacaq


 

"Milan" Superkubok oyununa ciddi itki ilə çıxacaq<b style="color:red"></b>

"Milan" İtaliya Superkubokunun "Yuventus"la yarımfinal görüşünə ciddi itki ilə çıxacaq.

QOL.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Serjiu Konseysau açıqlayıb.

O, portuqaliyalı vinger Rafael Leaonun zədəsi səbəbindən komandasına kömək edə bilməyəcəyini bildirib.

Bu gecə Səudiyyə Ərəbistanında "Əl-Əvval Park" stadionunda keçiriləcək "Yuventus" - "Milan" matçı  Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Rafael Leao bu mövsüm "Milan"ın heyətində 22 rəsmi matçda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

 





03.01.2025    çap et  çap et