525.Az

Azərbaycanda duru bitki yağı və marqarin istehsalının həcmləri açıqlanıb


 

Azərbaycanda duru bitki yağı və marqarin istehsalının həcmləri açıqlanıb<b style="color:red"></b>

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 38 min 717,4 ton duru bitki yağları istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.

Hesabat dövründə Azərbaycanda həmçinin 45 min 151,1 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 8,3 % çoxdur.

Ötən ilin dekabrın 1-nə ölkədə 3 min 634,8 ton duru bitki yağı ehtiyatı, 3 min 747,7 ton isə marqarin ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 5,6 % az və % çoxdur.

Xatırladaq ki, 11 ayda Azərbaycanda 4 milyard 287,2 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 9,3 % çoxdur

 





03.01.2025    çap et  çap et