525.Az

Fabio Kannavaro ilə müqavilə imzalandı


 

Fabio Kannavaro ilə müqavilə imzalandı<b style="color:red"></b>

Zaqreb "Dinamo"su yeni baş məşqçisi Fabio Kannavaro ilə müqavilə imzalayıb.

QOL.az xəbər verir ki, italiyalı mütəxəssis ötən gün 2026-cı ilin iyununa qədər olan sözləşməyə qol çəkib.

Kannavaro bu vəzifədə Nenad Byelitsanı əvəzləyib. O, yeni klubunda fəaliyyətə bu gündən başlayacaq.

"Dinamo" 18 turdan sonra 29 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 

Qeyd edək ki, Kannavaro son olaraq "Udineze"ni çalışdırıb.

 





03.01.2025    çap et  çap et