Cənubi Koreya prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Çoy San Mok ABŞ-nin Seuldakı səfiri Filip Qoldberqlə görüşündə ölkəsində yaşanan siyasi problemlərin Seul və Vaşinqton arasındakı müttəfiqliyə xələl gətirmədiyini söyləyib.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Çətin vəziyyətə baxmayaraq, tərəddüd etmədən Cənubi Koreya və ABŞ arasındakı güclü müttəfiqliyə əsaslanan diplomatik və təhlükəsizlik siyasətimizi davam etdirəcəyik”, - Çoy San Mok deyib.
O, həmçinin Cənubi Koreya, ABŞ və Yaponiya arasında əlaqələrin təşviqi üçün səy göstərilməsinə çağırış edib.
çap et