525.Az

Ronaldo gələcək karyerası barədə


 

Ronaldo gələcək karyerası barədə<b style="color:red"></b>

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo gələcəyi ilə bağlı danışıb.

39 yaşlı forvard Səudiyyə Ərəbistanında özünü yaxşı hiss etdiyini deyib: 

“Ailəm və mən Səudiyyə Ərəbistanında xoşbəxtik. Biz bu gözəl ölkədə yeni həyata başladıq. Həyat, futbol gözəldir. Ən əsası isə  peşəkar olmaq, çox çalışmaq, kluba hörmət etmək, müqaviləyə riayət etmək, hər şeyin yaxşılığa doğru dəyişəcəyinə və "Əl-Nəsr"in daha çox titul qazanmağa çalışacağına inanmaqdır.

Klub üçün Asiya Çempionlar Liqasını qazanmaq istəyirəm. Amma ən əsası işləməyə davam etmək və peşəkar olmaqdır... İnanıram ki, bu il klub üçün yaxşı olacaq”.

Qeyd edək ki, Ronaldonun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. (QOL.az) 

 





03.01.2025    çap et  çap et