525.Az

Luka Modriçdən tarixi qol


 

Luka Modriçdən tarixi qol<b style="color:red"></b>

Luka Modriç “Real”da uzun illər davam edən rekordu qırıb.

525.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Madrid klubunda qol vuran ən yaşlı futbolçu olub.

O, La Liqanın 12-ci turundan təxirə salınan “Valensiya” ilə görüşdə (2:1) rəqib qapısına yol tapıb. Modriç bu qolu 39 yaş 116 günlüyündə vurub. Bununla da o, 1966-cı ildə 39 yaş 15 günlüyündə “Real”da qol vuran əfsanəvi Ferens Puşkaşın rekordunu qırıb.

Modriç həm də klub tarixində ən çox oyuna çıxan 10 futbolçudan biri olub. Bu matç onun “Real”da 561-ci oyunu olub.

 





04.01.2025    çap et  çap et