525.Az

Ukrayna Rusiyaya döyüş PUA-ları ilə hücum edib


 

Ukrayna Rusiyaya döyüş PUA-ları ilə hücum edib<b style="color:red"></b>

Ukrayna ötən gecə Rusiya ərazisində döyüş PUA-ları ilə hücum edib.

525.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bir gecədə Ukraynaya məxsus 16 PUA məhv edilib. Onlardan 10-u Bryansk vilayəti, 3-ü Smolensk vilayəti səmasında, Belqorod, Pskov və Leninqrad vilayətlərinin hər birinin üzərində isə bir PUA vurulub.

PUA hücumu ilə əlaqədar "Xalça" planı əməliyyatı Sankt-Peterburqun Pulkovo hava limanında tətbiq edilib. Gediş-gəliş reysləri saat 7:45-dən etibarən təxirə salınıb. İlk məhdudiyyətlər saat 23:53 radələrində (00:50-dək) tətbiq edilib. Leninqrad vilayətinin qubernatorunun sözlərinə görə, Fin körfəzinin Lujskiye qubı rayonunda PUA vurulub, dağıntı və tələfat yoxdur (APA).

 





04.01.2025    çap et  çap et