525.Az

Ukrayna və Türkiyə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər


 

Ukrayna və Türkiyə XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər<b style="color:red"></b>

Ukrayna xarici işlər naziri Andrey Sibiqa türkiyəli həmkarı Hakan Fidanla Suriya və Yaxın Şərqdəki vəziyyəti telefonla müzakirə edib.

525.az xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı "X"də yazıb.

"Həmkarım və dostum Hakan Fidanla bugünkü görüşümüzdə ikitərəfli gündəliyi, cəbhədəki vəziyyəti, Qara dənizdəki təhlükəsizlik məsələlərini, Suriya və Yaxın Şərqdəki durumu müzakirə etdik. Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün koordinasiyalı səylər barədə razılığa gəldik", - məlumatda qeyd olunub.

Bugünkü meslektaşım ve dostum @HakanFidan ile yaptığımız görüşmede, ikili gündemimizi, cephedeki durumu, Karadeniz’deki güvenlik konularını, Suriye ve Orta Doğu’daki durumu ele aldık. Stratejik ortaklığımızı daha da güçlendirmek için koordineli çabalar üzerinde mutabık kaldık

— Andrii Sybiha
 





04.01.2025    çap et  çap et