525.Az

"Şamaxı"dan növbəti transfer


 

"Şamaxı"dan növbəti transfer<b style="color:red"></b>

“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.

525.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb.


U-21 yığmamızın sabiq üzvü olan Vəliyevlə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi Estoniyanın “Levadiya” klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Nomme Yunayted” klubunda çıxış edib.

Xatırladaq ki, "Şamaxı" bunadək Cəlal Hüseynovu transfer etmişdi.

 





04.01.2025    çap et  çap et