525.Az

Nəhəng ton balığı 1,3 milyon dollara satılıb


 

Nəhəng ton balığı 1,3 milyon dollara satılıb<b style="color:red"></b>

Tokioda ilin ilk auksionunda çəkisi 276 kq olan mavi ton balığı 1,3 milyon dollara satılıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə hərrac təşkilatçıları məlumat yayıb.

Bildirilib ki, ton balığı Aomori prefekturasının şimalında tutulub.

Məlumata görə, restoranlar ən bahalı balığı dadmaq üçün növbəyə duran müştəriləri cəlb edir.

Əvvəllər hərraclar məşhur Tsukidzi bazarında aparılıb. Bu bazar ləğv edildikdən sonra Toyosu bazarı hərracın keçirildiyi məkan olub.

 





05.01.2025    çap et  çap et