525.Az

Blinken: ABŞ Rusiya ilə birbaşa münaqişə vəziyyətində deyil


 

Blinken: ABŞ Rusiya ilə birbaşa münaqişə vəziyyətində deyil<b style="color:red"></b>

ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun Moskva ilə birbaşa münaqişə vəziyyətində olmadığını bildirib.

525.az APA-ya istinadən xəbər verir ki, Blinken bunu “The New York Times“ qəzetinə müsahibəsində deyib.

“Birbaşa münaqişə baxımından, mən buna yaxın olduğumuzu düşünmürəm, amma bununla bağlı çox diqqətli olmalıyıq”, - Blinken vurğulayıb.

Onun sözlərinə görə, amerikalılar da ABŞ-nin silahlı münaqişələrdə iştirakını istəmirlər, çünki insanlar bundan beziblər.

 





05.01.2025    çap et  çap et