525.Az

Husilər İsrailin elektrik stansiyasına hücum ediblər


 

Husilər İsrailin elektrik stansiyasına hücum ediblər<b style="color:red"></b>

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər hipersəs raketindən istifadə edərək İsrailin şimal-qərbində yerləşən Orot Rabin elektrik stansiyasına hücum ediblər.

525.az "Report"a istinadən xəbər verir ki, bunu üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya husilərin nəzarətində olan "Əl Məsirə" telekanalının efirində bildirib.

O qeyd edib ki, “Orot Rabin” elektrik stansiyasına “Fələstin 2” hipersəsli ballistik raketi ilə hücum edilib.

 





05.01.2025    çap et  çap et