525.Az

Əhməd əş-Şaranın ABŞ-dan iki xahişi olub


 

Əhməd əş-Şaranın ABŞ-dan iki xahişi olub<b style="color:red"></b>

Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şara ABŞ-dan iki məsələdə dəstək istəyib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin “Kann” telekanalı məlumat yayıb.

Əhməd əş-Şaranın ABŞ-dan ilk xahişi İsrailin qoşunlarının sərhəddəki bufer zonadan və Hermon dağından çıxarılması ilə bağlı olub. İsrail rəsmiləri isə “Kan”-a ABŞ-dan bununla bağlı hər hansı müraciət daxil olmadığını bildiriblər.

Əhməd əş-Şaranın ikinci xahişi ABŞ-ın Suriyaya humanitar yardım göndərməsi ilə bağlı olub.

 





05.01.2025    çap et  çap et