525.Az

Kerç boğazında tankerlərin qəzaya uğraması nəticəsində 30-dan çox delfin ölüb


 

Kerç boğazında tankerlərin qəzaya uğraması nəticəsində 30-dan çox delfin ölüb<b style="color:red"></b>

Kerç boğazında tankerlərin qəzaya uğramasından sonra baş verən mazut sızması nəticəsində 30-dan çox delfin cəsədi aşkarlanıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə delfinləri xilas edən elmi-ekoloji mərkəz “Delfa” özünün teleqram kanalında məlumat yayıb.

Qeyd olunub ki, delfinlərin ölümü böyük ehtimalla mazut dağılması ilə əlaqədar olub.

Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında güclü fırtına nəticəsində iki neft tankeri “Volqoneft-212” və “Volqoneft-239” batıb. Fövqəladə hallar xidmətlərinin məlumatına görə, tankerlərdən tökülən mazutun ümumi həcmi təxminən 3,8 min tona çatıb.

 





05.01.2025    çap et  çap et