525.Az

Hava şəraiti ilə əlaqədar dənizdə istehsalat sahələrində təhlükəsizlik gücləndirilib


 

Hava şəraiti ilə əlaqədar dənizdə istehsalat sahələrində təhlükəsizlik gücləndirilib<b style="color:red"></b>

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

525.az-a bu barədə SOCAR-dan bildirilib. Qeyd edilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

"Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, dənizdə yerləşən bir sıra istehsalat sahələrindən təxliyyələr həyata keçirilib, mövcud vəziyyət nəzarətdə saxlanılır"- SOCAR-dan əlavə edilib.

 





06.01.2025    çap et  çap et