525.Az

Almaniya kanslerinin Rusiyaya səfəri gözlənilir


 

Almaniya kanslerinin Rusiyaya səfəri gözlənilir<b style="color:red"></b>

Almaniya kansleri Olaf Şotlsun fevralın 23-də ölkədə keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi Rusiyaya səfəri istisna edilir.

525.az xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestreit deyib. 

O, kanslerin ​​Rusiyaya səfər ehtimalı ilə bağlı suala “Bəli” cavabını verib. Həmçinin əlavə edib ki, Almaniya federal hökuməti qarşıdan gələn səfərlə bağlı açıqlamalarından sonra müxalif Xristian Demokrat İttifaqının nümayəndəsi Roderix Kizevetterə qarşı hüquqi addımlar atmağa hazırlaşır.

Bundan əvvəl Şolts Putinlə görüş planları ilə bağlı deyib ki, Putinlə yeni telefon danışığı o zaman baş tutacaq ki, bundan ən azı müəyyən fayda olacağına əminlik yaransın.

Pərvanə Sultanova

 

 





06.01.2025    çap et  çap et