525.Az

İran XİN rəsmisi: Rusiya ilə müqaviləyə müdafiə məsələləri də daxil edilib


 

İran XİN rəsmisi: Rusiya ilə müqaviləyə müdafiə məsələləri də daxil edilib<b style="color:red"></b>

İranla Rusiya arasında əməkdaşlıq haqqında müqaviləyə müdafiə məsələləri də daxil edilib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Baqai yanvarın 6-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müqavilənin mühüm hissəsini ticarət, iqtisadiyyat, energetika, eləcə də müdafiə və təhlükəsizlik məsələləri təşkil edir:

“Son 20-30 il ərzində İranla Rusiya əməkdaşlığın miqyasını əhəmiyyətli dərəcədə genişləndirib, ona görə də sənədin yenilənməsinə ehtiyac var idi”.

 





06.01.2025    çap et  çap et