525.Az

Balığa görə 1,3 milyon dollar ödədi


 

Balığa görə 1,3 milyon dollar ödədi<b style="color:red"></b>

Yaponiyanın Toyosu balıq bazarında 2025-ci ilin ilk  hərracı keçirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hərracda ən çox marağa səbəb olan Oma limanında tutulmuş 276 kq-lıq göy tuna balığı olub.

Yekunda balıq 207 milyon yenə, yəni 1,3 milyon dollara satılıb.

Alıcının kimliyi açıqlanmır.

Qeyd edək ki, bu, hərracların qeydə alınmağa başlandığı 1999-cu ildən bəri ikinci göstəricidir. 2019-cu ildə Yaponiyada restoranlar şəbəkələrindən birinin sahibi 286 kq-lıq göy tuna balığına görə 3 milyon dollarından keçmişdi.

L.Tağıyeva

 





06.01.2025    çap et  çap et