525.Az

Daha bir ölkə tamhüquqlu üzv kimi BRİKS-ə qoşuldu


 

Daha bir ölkə tamhüquqlu üzv kimi BRİKS-ə <b style="color:red"> qoşuldu</b>

İndoneziya BRİKS-ə tamhüquqlu üzv kimi qoşulub.

525.az xəbər verir ki, bu barədə 2025-ci ildə təşkilata sədrlik edən Braziliya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Yanvarın 1-dən başlayan və 2025-ci il dekabrın 31-dək davam edəcək BRİKS-ə müvəqqəti sədrliyi çərçivəsində Braziliya hökuməti bu gün, yanvarın 6-da İndoneziya Respublikasının BRİKS-ə tamhüquqlu üzv kimi rəsmi daxil olduğunu elan edir”, - deyə nazirliyin rəsmi saytında dərc olunmuş məlumatda qeyd olunub.

Xatırladaq ki, BRİKS (BRICS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.

İbrahim Cəfərov

 





07.01.2025    çap et  çap et