525.Az

ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb


 

ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb<b style="color:red"></b>

2024-cü ildə Dövlət Neft Fondu (ARDNF) 7 milyard 128,5 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

525.az Fonda istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,65 dəfə çoxdur.

Təkcə dekabrda isə ARDNF-in valyuta satışının məbləği 634,5 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 3,2 dəfə çoxdur.

Ötən il ARDNF-dən dövlət büdcəsinə transfert 12 milyard 781 milyon manat təşkil etməli idi. Hesabat dövründə Fondun valyuta satışından əldə etdiyi vəsait isə bundan təxminən 662,55 milyon manat az - 12 milyard 118,45 milyon manat olub.

 





07.01.2025    çap et  çap et