525.Az

Çində 6,8 bal gücündə zəlzələ: Azı 53 nəfər ölüb


 

Çində 6,8 bal gücündə zəlzələ: <b style="color:red">Azı 53 nəfər ölüb</b>

Çinin Tibet Muxtar Bölgəsində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində ilkin məlumatlara görə 53 nəfər həyatını itirib, 62 nəfər yaralanıb. Zəlzələ həmçinin Nepal və Hindistanda da hiss olunub.

525.az xarici mediaya istinadən xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) 6,8 bal gücündə zəlzələnin episentrinin Tibet Muxtar Bölgəsinin Şiqatse əyalətinin Tinqri rayonu olduğunu açıqlayıb. Zəlzələ yerli vaxtla saat 09:05-də yerin 10 kilometr dərinliyində baş verib.

Sinxua agentliyinin məlumatına görə, zəlzələ nəticəsində 1000-dən çox tikili müxtəlif səviyyələrdə zədələnib. Çin Zəlzələ İdarəsi fəlakətdən xilasetmə işləri çərçivəsində bölgəyə bir qrup göndərib.

Qeyd etmək lazımdır ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin maqnitudasının 7,1 olduğunu açıqlayıb.

Malik Atilay

 





07.01.2025    çap et  çap et