525.Az

Pakistanda sıx duman: Görmə məsafəsi 50 metrdən aşağı düşüb


 

Pakistanda sıx duman: <b style="color:red">Görmə məsafəsi 50 metrdən aşağı düşüb</b>

Pakistanda sıx duman səbəbindən görmə məsafəsi 50 metrdən aşağı düşüb, bu isə hava və quru nəqliyyatına ciddi təsir edib.

525.az xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər əhalini yalnız zəruri hallarda səyahət etməyə və tətbiq olunan hərəkət məhdudiyyətlərinə riayət etməyə çağırıb.

Xüsusilə, Pakistanın Pəncab əyalətində dumanın təsiri daha çox hiss olunur. Lahor şəhərində səhər saatlarında görmə məsafəsi 50 metrdən aşağı düşüb.

Bir çox hava reysləri təxirə salınıb, magistral yol rəhbərliyi isə zəif görmə səbəbindən Lahordan İslamabada gedən magistral yolu bağlayıb.

Polis sürücülərə duman şəraitində sürəti artırmamaq və duman əleyhinə işıqlardan istifadə etmək barədə xəbərdarlıq edib.

Malik Atilay

 





07.01.2025    çap et  çap et