525.Az

Los-Ancelesdə meşə yanğınları


 

Los-Ancelesdə meşə yanğınları<b style="color:red"></b>

Los-Ancelesdə meşə yanğınlarını daha geniş əraziyə yayılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniya ştatının yanğınsöndürmə xidmətinin bu gün səhərə olan məlumatına görə alov 1344 hektar ərazini ağuşuna alıb.

Yanğının başladığı Pasifik-Paliseyds rayonunda 1182 hektarda yanğın davam edir. İton kanyonunda isə yanan ərazi 162 hektardır.

Yanğın nəticəsində bir çox sahələrə ziyan dəyib. Əsas da elektrik xətlərində yaranan problemlər Los-Ancelesin 220 min əhalisinin işıqsız qalmasına səbəb olub. Pasifik-Paliseyds rayonunun sakinləri isə ümumiyyətlə təxliyə olunublar.

Qeyd edək ki, dünən 3 hektar ərazidə başlayan yanğın güclü küləyin sayəsində daha geniş əraziləri əhatə edib. Los-Anceles meri Karen Bass vəziyyətin təhlükəli olduğunu deməklə yanaşı, yanğının qarşısını almaq və söndürmək üçün bütün mümkün variantlardan istifadə etdiklərini bildirib.

L.Tağıyeva

 





08.01.2025    çap et  çap et