525.Az

Danimarkalıların 90 faizi Qrenlandiyanın ABŞ-a verilməsinə qarşı çıxdı


 

Danimarkalıların 90 faizi Qrenlandiyanın ABŞ-a verilməsinə <b style="color:red"> qarşı çıxdı</b>

On danimarkalıdan doqquzu Qrenlandiyanın ABŞ-a verilməsinin əleyhinədir.

525.az “Ritzau” agentliyinə istinadən xəbər verir ki, yanvarın 6-7-də “Voxmeter” sosioloji institutunun keçirdiyi sorğunun nəticələri bunu deyir.

Danimarka əhalisinin 90 faizi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın adaya nəzarəti ələ keçirmək istəyinə qarşıdır.

Sorğuda ümumilikdə yaşı 18-dən yuxarı olan 1065 nəfər iştirak edib. Respondentlərin 89,2 faizi bu ideyaya qarşı çıxıb, 4,5 faizi isə Trampın fikrinə müsbət yanaşıb. 6,3 faiz insan isə cavab verməkdə çətinlik çəkib.

İbrahim Cəfərov

 





08.01.2025    çap et  çap et