Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkə əhalisinə hot-doq yeməyi və boşanmağı qadağan edib.
525.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Nəşrin yazdığına görə, Kim Çen In hot-doqları çox qərbli yemək adlandırıb və onlara xidmət etməyi vətənə xəyanətlə eyniləşdirib. Hot-doqu hazırlayanlar isə məcburi əmək düşərgəsinə göndəriləcəklər.
“Bu addım ölkəyə nüfuz edən kapitalist mədəniyyətinin nümunəsi ola biləcək şeyləri yatırmaq üçün davam edən səylərin bir hissəsidir”, - deyə “Daily Mail” yazıb.
Kim Çen In həmçinin boşanmağı da ölkədə qadağan edib. Bu qaydanı pozanlar altı aya qədər həbs cəzası alacaqlar.
Nəşr qeyd edir ki, qadınlar boşanmaya görə potensial olaraq daha uzun müddət həbs cəzası ilə üzləşə bilərlər.
İbrahim Cəfərov
çap et