525.Az

Kişinyov aeroportunda partlayış təhlükəsi


 

Kişinyov aeroportunda <b style="color:red">partlayış təhlükəsi</b>

Moldovanın gömrük xidmətinin əməkdaşları Kişinyov hava limanında aşkar edilən partlayıcı qurğunu vaxtında aşkar edərək zərərsizləşdirə biliblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin gömrük komitəsi rəsmi məlumat yayıb.

Gömrükçülər poçt göndərişlərini yoxlayarkən uşaq oyuncağında partlayıcı qurğunun olmasından şübhələniblər. Ciddi yoxlanış oyuncaq avtomobildə həqiqətən partlayıcı maddənin olduğunu üzə çıxarıb. "Avtomobil" mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, tapıntı Kişinyov hava limanında insanların təxliyəsinə səbəb olub. Amma az sonra hava limanının fəaliyyəti bərpa edilib.

L.Tağıyeva

 





08.01.2025    çap et  çap et