525.Az

Almaniyada zavodda atışma: 2 ölü


 

Almaniyada zavodda atışma: <b style="color:red">2 ölü</b>

Almaniyanın Bad-Fridrixshall şəhərində yerləşən zavodların birində silahlı insident baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs şəhərdə yerləşən zavodların birinə daxil olaraq odlu silahdan atəş açıb.

Nəticədə 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb. Polis cinayətkarın axtarışına başlayıb. 

Qeyd edək ki, Almaniyanın "Bild" nəşri atışmanın "Hönel" müəssisəsinin ərazisində baş verdiyini dəqiqləşdirib.

L.Tağıyeva

 





08.01.2025    çap et  çap et