Belarus Futbol Federasiyası Rusiya Futbol Federasiyasına bu ilin iyununda milli komandaların yoxlama oyunu keçirməsi barədə müraciət göndərib.
525.az Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə BFF-nin vitse-prezidenti Andrey Vasileviç bildirib.
Onun sözlərinə görə, oyunun Minskdə - may ayında açılışı olacaq yeni stadionda keçirilməsi planlaşdırılır.
Qarşı tərəfin təklifi müsbət cavablandırması ehtimalı böyükdür.
Qeyd edək ki, 2022-ci ildə FİFA, UEFA və BOK tərəfindən klub və milli səviyyəsində bütün beynəlxalq yarışlardan uzaqlaşdırılan Rusiya millisi ötən il cəmi 5 yoxlama oyunu keçirib və hamısında qalib gəlib. Rəqiblərdən biri məhs Belarus yığması olub. Oyun 3:0 hesabı ilə başa çatıb.
L.Tağıyeva
çap et