525.Az

Qəzza zolağından İsrailin cənubuna raket atılıb


 

Qəzza zolağından İsrailin cənubuna raket atılıb<b style="color:red"></b>

Radikalların Qəzza zolağının cənub hissəsindən atdığı raket İsrail Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qurum bildirib ki, bununla əlaqədar İsrailin cənubundakı Kerem-Şalom yaşayış məntəqəsində hava həyəcanı elan edilib.

 





08.01.2025    çap et  çap et