525.Az

KİV: Fransa, Almaniya və Polşa XİN başçıları Trampın andiçməsindən sonra ABŞ-yə səfər edəcəklər


 

KİV: Fransa, Almaniya və Polşa XİN başçıları Trampın andiçməsindən sonra ABŞ-yə səfər edəcəklər<b style="color:red"></b>

Fransa, Almaniya və Polşanın xarici işlər nazirləri Annalena Berbok, Jan-Noel Barro və Radoslav Sikorski ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra Vaşinqtona səfər etməyi planlaşdırırlar.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Politico” üç avropalı diplomata istinadən məlumat yayıb.

“Xarici siyasət idarələrinin rəhbərləri bununla Avropanın birliyini nümayiş etdirmək istəyirlər”, - qəzetin müsahibləri bildiriblər.

Səfərin tarixi hələ təsdiqlənməyib, detalları isə müzakirə olunur. Agentliyin məlumatına görə, Almaniya, Fransa və Polşa XİN başçılarını Avropa diplomatiyasının rəhbəri Kaya Kallas müşayiət edə bilər.

 





08.01.2025    çap et  çap et