525.Az

Bir neçə gündür ki, pivəxanadan çıxa bilmirlər


 

Bir neçə gündür ki, pivəxanadan çıxa bilmirlər<b style="color:red"></b>

Böyük Britaniyada güclü qar səbəbindən 30-a yaxın insan bir neçə gün əvvəl qonaq getdikləri "pub"ı tərk edə bilmir.

525.az Britaniya mətbuatına istinadən xəbər verir ki, şənbə günü axşam ən yüksəkdə yerləşən "Tall Hill İnn" "pub"ına gələn insanlar yolların bağlanması üzündən bu günə kimi orada ilişib qalıblar.

"Tall Hill İnn" Yorkşirdə, dəniz səviyyəsindən 528 metr yüksəklikdə yerləşir. Burada havanın temperaturu son bir neçə gündə orta hesabla -11 dərəcə təşkil edir. Güclü qar insanların oranı tərk etməsini mümkünsüz edib.

Hazırda "pub"da xidməti heyət də daxil olmaqla 28 böyük, 4 yaşlı uşaq  və it var.

Qeyd edək ki, xidmət personalı qonaqların və özlərinin darıxmaması üçün əllərindən gələni edir. "Girov" qaldıqları müddətdə vaxtlarını müxtəlif oyunlar və viktorinalar keçirməklə "öldürürlər".

L.Tağıyeva

 





07.01.2025    çap et  çap et