525.Az

ATACMS, F-16 və Abrams tədarükü Ukraynaya kömək etməyib - ABŞ-dan etiraf


 

ATACMS, F-16 və Abrams tədarükü Ukraynaya kömək etməyib - <b style="color:red">ABŞ-dan etiraf</b>

Ukraynaya ATACMS taktiki ballistik raketləri, F-16 qırıcıları və Abrams tankları kimi silahların çatdırılması vəziyyəti Kiyevin xeyrinə dəyişə bilməyib.

525.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasının nümayəndəsinə istinadən xəbər yayıb.

Qeyd olunub ki, sözügedən hərbi yardım Ukrayna üçün döyüş meydanında əhəmiyyətli uğurlara gətirib çıxarmayıb.

ABŞ administrasiyasının rəsmisi vurğulayıb ki, Kiyev üçün Vaşinqtonun tezliklə elan edə biləcəyi 500 milyon dollarlıq yeni silah paketinə havadan müdafiə raketləri, hava-yer döyüş sursatları və F-16 üçün avadanlıqlar daxil olacaq. Rəsmi onu da bildirib ki, Ukraynaya vəd edilən silahların böyük hissəsi artıq çatdırılıb, qalan silahlar isə hazırda ölkəyə göndərilir. O da bildirilib ki, Kiyevin kritik silah anbarları yaxşı vəziyyətdədir.

Pərvanə Sultanova

 





09.01.2025    çap et  çap et