525.Az

Ali məktəblərdə yeni kafedra yaradılacaq


 

Ali məktəblərdə yeni kafedra yaradılacaq<b style="color:red"></b> Əhali sakinliyi və demoqrafiya sahəsində milli kadr potensialının inkişafı məqsədi ilə müvafiq ali təhsil müəssisələrində demoqrafiya kafedrası yaradılacaq.
 
Lent.az-ın məlumatına görə, bu məsələ 2014-2015-ci illəri əhatə edən  “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda əksini tapıb.
 
Əhali sakinliyi və demoqrafiya sahəsində kadr potensialının inkişafı məqsədilə aidiyyəti ali təhsil müəssisələrində demoqrafiya fənni üzrə müvafiq tədris proqramlarının hazırlanması və tətbiqi istiqamətində tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub.
 
Bundan başqa əhali sakinliyi və demoqrafiya sahəsində ölkənin elm və kadr potensialının inkişaf etdirilməsi məqsədilə aidiyyəti üzrə xarici ölkələrlə təcrübə mübadiləsinin aparılması, ölkədə elmi-praktiki seminarların, konfransların, dəyirmi masaların keçirilməsi də planda qeyd olunub. Əhali Sakinliyi və Demoqrafiya üzrə Tədqiqat və Təlim Mərkəzinin fəaliyyətinin inkişaf etdirilməsi üzrə tədbirlər həyata keçiriləcək. 
 





24.11.2014    çap et  çap et