525.Az

Tibetdə 60 mindən çox insan zəlzələdən zərər çəkib


 

Tibetdə 60 mindən çox insan zəlzələdən zərər çəkib<b style="color:red"></b>

Çinin Tibet Muxtar Rayonunda baş verən zəlzələ qurbanlarının sayı 60 min nəfəri keçib.

525.az xəbər verir ki, bu barədə Tibetin Fövqəladə Hallar Departamentinin rəis müavini Hao Tao bildirib.

Onun sözlərinə görə, yanvarın 9-na olan məlumata əsasən təbii fəlakət nəticəsində 126 nəfər ölüb, 61 500 nəfər xəsarət alıb. Xilasetmə qrupları artıq 400-dən çox sakini dağıntılar altından xilas etməyə kömək göstəriblər. Axtarış-xilasetmə işləri kritik mərhələdədir.

Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilat və Təlimat şöbəsi Tibet Muxtar Rayonuna yardım üçün 50 milyon yuan ayırıb.

Pərvanə Sultanova

 





09.01.2025    çap et  çap et