525.Az

Ermənistan Rusiya telekanallarının yayımı ilə bağlı təkliflər hazırlayıb


 

Ermənistan Rusiya telekanallarının yayımı ilə bağlı təkliflər hazırlayıb<b style="color:red"></b>

Ermənistan bu ilin yanvarında Rusiya telekanallarının respublikanın ictimai multipleksində yayımlanması ilə bağlı öz təkliflərini yenidən Moskvaya göndərəcək.

525.az “Report” a istinadən xəbər verir ki, bunu yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan mətbuat konfransında bildirib.

O qeyd edib ki, sazişin müddəti 2027-ci ildə başa çatır. Buna əsasən, Ermənistan tərəfi növbəti bir neçə il üçün problemli hesab etdiyi və konkret problemlər yaradan bir sıra bəndlərə yenidən baxılmasını təklif edir.

Nazir ümid edir ki, bu təkliflər müzakirə olunacaq və nəticədə sazişə dəyişikliklər ediləcək.

Qeyd edək ki, hələ 2024-cü ilin martında Ermənistan Televiziya və Radio yayımları şəbəkəsi “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” verilişlərinin bağlanması haqqında qərar qəbul etmişdi.

 





09.01.2025    çap et  çap et