525.Az

Hərəkətdə olan təyyarə digərini zədələdi - 2 reys təxirə salındı


 

Hərəkətdə olan təyyarə digərini zədələdi - <b style="color:red">2 reys təxirə salındı</b>

Çikaqo hava limanında "American Airlines" aviaşirkətinə məxsus təyyarə uçuşa hazırlaşarkən qanadı ilə "United Airlines"ə məxsus digər təyyarənin quyruğuna toxunub.

525.az ABŞ mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Nəticədə hər 2 təyyarə reysə buraxılmayıb. "United Airlines"in yaydığı məlumata görə, zədələnmiş "Boeing 787"də olan 293 sərnişin və 10 ekipaj üzvündən heç kim xəsarət almayıb. Qonoluluya uçmalı olunan sərnişinlər digər təyyarə ilə yola salınıblar.

Qəza törədən təyyarəyə gəlincə, "American Airlines" Los-Ancelesə getməli olan sərnişinlərin bir qədər gec mənzil başına çatdırılacağını bildirib.

L.Tağıyeva

 





09.01.2025    çap et  çap et