525.Az

Söz sevgisi və həqiqətli ömür yolu


 

Söz sevgisi və həqiqətli ömür yolu<b style="color:red"></b>

Balaca qardaşlarımdan birinin maraqlı etirafı var. Yazır ki, uşaq olanda elə bilirdim ki, Sabir məndən çox Fərman Kərimzadənin, Məmməd İsmayılın, Xudu Məmmədovun, Nüsrət Kəsəmənlinin, Çingiz Əlioğlunun, Ramiz Rövşənin, Sabir Əhmədlinin qardaşıdır.

Böyük qardaşı kənddən ayrılıb gedəndən sonra dünyaya gəlmiş, onu ancaq tətildən-tətilə, məzuniyyətdən-məzuniyyətə əksər hallarda adları çəkilən dostların əhatəsində, kəndə bir-iki günlüyə qonaq gələndə görən bir uşağın çox dəqiq müşahidəsi, bəlkə acı psixoloji yaşantısıdır.

Bu acılıqdan böyük qardaşa daha çox pay düşür, çünki ayrı məkanlarda yaşamaq kiçik bacı-qardaşlarla ünsiyyət imkanını məhdudlaşdırır, balacalar ona doğma evində qonaq, ya da rəsmi bir adam ya əmi, dayı kimi baxırdılar... Bu taleyin maraqlı bir tərəfi var ki, onlar öz ocaqlarında böyük qardaşlarıyla yanaşı başqa böyüklər görür onlara da tez-tez gəlməyə imkanı olmayan, amma evlərinin doğması kimi sevirlər.

Bu göz ilə baxanda Yardımlının dağlar arxasındakı balaca kəndinin, balaca evinin doğma övladlarından ayırmadığı, mənə qardaş saydığı şəxslərdən biri , yuxarıda göstərdiyim kimi, Çingiz Əlioğludur. Anamın çox işlətdiyi sözüydübaşuva dönüm mənlə bərabər dostlarımın da başına dolanırdı ki, Allah hamımızı qorusun; məni dönə-dönə onlara tapşırırdı; dostlar da zarafatlaay ana, sən onu bizə yox, bizi ona tapşır!” deyir, bununla mənim evimizdən kənardakı yerimin özəlliyini vurğulayaraq, ana ürəyinə dinclik gətirmək istəyirdilər.

Dostlar haqqında yazılarımızın çoxunu ötən günlərin anılarından başlamağımız anlaşılandır, dostluq tarixçələri, ömrün ən gözəl çağları ilə, daha çox ötən günlərlə bağlıdır.

70-80-ci illərdə ədəbi mühitimizdə bir dostluq əfsanəsi vardı. Ədəbiyyatda dostluqların uzun ömürlü olması nadir hadisədir; yazarlar fərdiyyətçidir, hərə öz yolunu axtarır; yaradıcılıq işi təklənməyi sevir, fərqli yollar istər-istəməz hər cür konfliktə münbit şərait yaradan fərqli yanaşmalar yaradır. Buna görə yolun əvvəlində başlanan dostluq tez soyuyur, ədəbi başarı maraqlar hərəni bir tərəfə, bir dəstəyə çəkir. Sonra da ailə qayğıları, , güc. Amma biz bütün bunları adlayıb keçmişdik yetkin yaşımıza dostluğun soyuyan xatirəsiylə yox, həyatda ən böyük qazanclarımızdan biri saydığımız güclü bir əqidədaşlıq, birlik duyğusuyla gəlmişdik. Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli bu sətirlərin müəllifi... Bizlər fərqliydik. Əsgər kimi eyni addımlarla yerimirdik, şübhəsiz. Ancaq bu fərqlilik bizim dostluğumuzun bəzəyi, dadı-duzu, şuxluğuydu.

İndi bizÇingiz Əlioğlu ilə ikimiz qalmışıq; ikimiz bölünməz, daşınmaz bir əmlakın, bir sərvətin varislərinə bənzəyirik. Təkcə bizə məxsus, bizim zənginliyimizin qaynağı olan, bizimlə danışan bizi anlayan bir yazılmamış dastan, illər uzunu yaratdığımız bir əfsanə sərvəti...

Biz bir-birimizə bənzəmirdik. Təkcə xasiyyətimizə, dünyaya baxışlarımıza görə yox, həm yazıb ortaya çıxartdıqlarımıza görə. bəlkə dostluğumuzun bir səbəbi ədəbiyyat məkanlarımızın coğrafi sərhədlərinin toxunulmazlığında idi. Bir-birimizin sözünə göz dikmir, bir-birimizəərazi iddiasıeləmirdik.

Dostlarımın hər birinin ədəbi xarakteri, yaradıcılığının özəllikləri, poetikası, dil-üslub xüsusiyyətləri şeirimizdəki mövqeləri barədə yazılıb yenə yazılmalıdır. Hər yeni kitabımızı o vaxt necə bayram edirdiksə, indi etməliyik.

Çingiz bizdən iki yaş böyük olsa da, təbii ki, bizdən daha gənc görünməyə çalışırdı.

Hər birimizin başqa dostluq mühitlərimiz vardı; orta ali məktəb yoldaşlarımız. Vaxt keçdikcə onlar da tanış olur ətrafımızda Ağstafa-Füzuli, Yardımlı-Bakı arasında xeyli adam yaxınlaşmış geniş bir doğmalıq, dostluq qohumluq şəbəkəsi yaranmışdı.

Bizi bağlayan idi? İndi bu suala cavab tapmaqda çətinlik çəkirəm, yəqin o vaxt da cavab verə bilməzdim. Yalnız fərqlilik əsas səbəb deyil. Məncə əsas səbəb bu fərqliliyin ümumi bir amala, yola, məqsədə bağlılığında, qardaşlıq sevgisi kimi səbəbsiz, amma qaçılmaz bir duyğudaydı.

Biz bir-birimizin varlığına sevinir, bir-birimizlə qürur duyur, bir-birimizin uğuru sevinciylə qanadlanırdıq.

Dostluq üçün zəruri olan ümumi cəhətlər var idi. Məncə, bu ilk növbədə bizim xarakterimizlə bağlıydı. Ağır uşaqlıq illərindən gəlmə dözüm, oxumaqdan, yazmaqdan yorulmamaq, hansı mühitə düşsək öz ləyaqətimizi uca tutmaq bacarığı, ürəyiaçıqlıq, böyük yurd millət sevgisi, insanlara münasibətimizdəki nəciblik xeyirxahlıq bütün bunlarla yanaşı saxtakarlığa, dildə bir cür, ürəkdə başqa cür olmaq riyakarlığına, vətənin adına xələl gətirəcək hər cür korazehinliyə qarşı barışmaz olmağımız s.

Şəkillərimizdən biri Qax rayonunda çəkilib; yaşıdlarımız olan bir dəstə şairlə İlisuya gedirdik, yolüstü pedestala bənzər bir sütun diqqətimizi cəlb etmişdi o dəqiqə mübahisə qızışmışdı. “Əsl, şair heykəlinin yeridir!” Pedestal bir heykəl üçündü, amma zarafatla hərəmiz bir yandan dırmaşdıq bu kürsüyə. Məlum oldu ki, bu pedestala hamımız yerləşə bilirmişik. Ortada üçümüz, ətrafda daha 4-5 cavan dostumuz.

O bir zarafat idi, “heykəl üçün bizə bir kürsü yetərlidir, orda həmişəlik, çiyin-çiyinə dayana bilərik” – deyirdik.

Bu zarafatda bir ciddiyyət mayası da vardı, yəni aramızda kürsü, şöhrət, birincilik yarışı yox idi, eyni yüksəkliyi bölüşə bilirdik.

Heykəl xatirəni qorumağın yalnız bir formasıdır; insanlığın yaddaş kitabçasının bir küncünə bütə bənzər bir mərmər heykəlcik qoyulur ki, unudulmasın. Kitab da o heykələ bənzər xatirələrin, ruhun ötürücüsüdür mən kitablarımızı vərəqləyəndə yaxınlığımızın bir səbəbini bu ruh birliyində görürəm.

Üçümüz çətin uşaqlıq illərini, ehtiyac sınaqlarını adlayıb, ümid arzularımızı sınmağa qoymadan, gənclik qürurumuzu gizli daxili iddialarımızı qoruyaraq gəlmişdik.

İçimizdə çəksək , cəmiyyətdə yerimizi missiyamızı tapdığımıza görə xoşbəxt idik.

Bütün bunlar sanki dünən olmuşdu. Dünənlə 70 yaş arasındakı zamanın necə ötüb keçdiyini hiss etməmişik, yazılan kitablar, övladlar xatirələr olmasa, bu illərin yaşandığına inanmaq çətindir.

Böyük şairimiz Rəsul Rzanın təqdimatıyla çap olunmuş ilk şeirlərindən başlayaraq, Çingizin bütün ədəbi fəaliyyəti gözümün qabağındadır. Şair tikdiyi evin neçə mərtəbə olacağını bilməsə , yorulmaz, tükənməz bir səbr həvəslə hər gün kərpic-kərpic hörgüsünü hörən bənnaya bənzəyir. Ancaq bu çox vaxt ilhamın qanadında, romantik bir ovqat yüksəkliyində baş verdiyinə görə kənardan görünmür, bəzən hətta yaxınlar, ailə üzvləri hamıyla bir yerdə oturan, deyən-gülən şairin ürəyində həmin anlarda hansı rüzgarlar dolaşdığını, hansı axtarışlar getdiyini sezə bilmirlər.

Çingiz Əlioğlu, missiyasını reklam etmədən, bütün ömrünü ədəbiyyata vermiş adamdır. Şeir publisistika ilə yanaşı, Azərbaycan oxucusunun ədəbi intellektini yüksəltməyə xidmət edən əsərləri yüksək zövq peşəkarlıqla tərcümə təbliğ edir, naşirdir, kitabşünasdır s. Bundan əlavə, o, uzun müddət Yazıçılar Birliyində şeir bölməsinə rəhbərlik etmiş, nəşriyyatlarda, Mətbuat İnformasiya, Mədəniyyət Turizim nazirliklərində məsul vəzifələr daşımışdır, Əməkdar İncəsənət xadimidir. Bunlar Çingizin həyatı yaradıcılığının ayrı-ayrı cizgiləri kimi bənzərsiz şair-vətəndaş portreti yaradır. O öz şəxsiyyəti, yaradıcılığı, ağlı yüksək mədəniyyəti ilə hər yerdə, ölkə daxilində xaricdə Azərbaycan varlığını ən yüksək səviyyədə təbliğ təqdim etməyi bacaran bir adamdır.

Çingiz cavanlıqdan müstəqil olmağa vərdiş eləmişdi bu özəllik onun yaradıcılığında da görünür. Onun şeir meyarları, məncə, oxucu auditoriyasından daha çox öz ədəbi prinsiplərindən, hədəflərindən, zövqündən qidalanır; oxucuya xoş getsin deyə yüngül basmaqəlib mövzulara yazı tərzinə meyl salmır. Hamıya məxsus işlək yoldansa öz kələ-kötür yoluyla addımlamağa, bu yolu böyütməyə üstünlük verir.

Şeir söz sənəti olduğuna görə şair

in sözə münasibəti, söz duyğusu, sözlə işləmək, sözlə qurmaq sözlə oynamaq qabiliyyəti mühüm keyfiyyətdir.

Model ustaları xırda bir əlavə, bəzək naxışla, yeni bir detalla ənənəvi görünən geyimlərə çağdaşlıq ruhu qazandırdıqları kimi Çingiz öz şeirlərini belə gözlənilməz, ilk baxışda bəzən yerinə düşməyən kimi görünən, lakin diqqətlə baxanda müəllifin poetik estetikasının tərkib hissəsi kimi əhəmiyyətli olan yeni söz naxışları vurmağı xoşlayır. Sözünün ifrat ütülü-mütülü olmasını yox, ruhun, poetik ovqatın vermək istədiyi bədii informasiya yükünün önündə tutur, sözünün ümumi dizaynına yeni, koloritli sözlərin qoşulması, sözün yeni poetik semantik qatlarının açılışı, simvolik ifadə tərzinin zənginliyi onun poeziyasının əsas keyfiyyətlərindəndir. Dilimizin alliterasiya imkanlarından, məncə, poeziyamızda heç kim Çingiz Əlioğlu qədər gen-bol uğurlu istifadə etməyib. Bir çox əsərlərində o, ana dilinin bu qeyri-adi imkanları ilə XX yüzil dünya poeziyasının, hər xalqın ədəbiyyatında bir cür boy göstərən avanqard, modern üslublarını birləşdirir. “Kubist şeiradlandırdığı şeir silsiləsi bunun uğurlu nümunəsidir. “Ruhun həndəsəsikitabındakıUzaqdan gələn adambölməsi ictimai bəlaları orijinal ifadə tərzi dil zənginliyi baxımından onun yaradıcılığında şeirimizdə yeni bir səhifədir.

Söz Çingizin sevgisi, əyləncəsi, uğuru qoruyucusudur.    

Deyə bilmədiyim sözün içində
İçimin qədər ağrıları var.

Deyilməsi mümkün olmayan sözləyaqəti yolunda vuruşan, haqqına qovuşa bilməyən millətlərin şairlərinin əbədi ağrılarındandır.   

O sözə bağlıdır gizli arzular,
O sözün içində azadlıqlarım.
O sözə bağlıdır bütün varlığım,
O sözdən başlayır tanımadığım,
Görə bilmədiyim dadlı bir həyat.
O sözü, o sözü... deyə bilmirəm,
Çalışıb vuruşmaq əbəsmiş... Heyhat.

Bu, Çingizin 25 il öncəki narahatlığıdır. Bu misraların başqa mənalarını bir kənara qoyuram, ancaq min illik şeirimizin yolunda öz nəğməsi, səsi, yeri olan bir usta qələm sahibi,bir vətəndaş kimi Çingiz öz sözünü demişdir. “Çalışmağı, vuruşmağınəticəsiz qalmamış, onlarla, yüzlərlə şeir çiçəkləri ilə bəzənmiş bir söz gülüstanı yaratmışdır.

Şair dostumun yarım əsrə yaxınlaşan yaradıcılıq yolunun başlıca keyfiyyətlərindən biri ədəbiyyat işinəmilli mücadiləmizin, Azərbaycanın azad, xoşbəxt gələcəyi, uşaqlıq xatirələrini qoruyan doğma Qarabağın düşmən işğalından azad edilməsi, dünyada haqq ədalətin bərqərar olması işinin bir hissəsi kimi baxmasındadır. Buna görə onun yaradıcılığı daim yüksəlir, genişlənir, qol-qanadı böyüyür ölkədən-ölkəyə uzanır.

Çingizlə Nüsrətə həsr etdiyim şeirlərimin birində onların xarakterini qısaca belə ifadə etmişdim: “Ah, dostlarım! Alnından Günəş doğan, Ay doğan, ah, dostlarım, səhvləri düzəltməyə darıxan”. “Alnında Ay doğan adamÇingizin şeir kitablarından birinin adıdır. Mən Çingizi həmişə belə işıqlı, zəkalı tariximiz boyu buraxılmış səhvlərin ağrısını çəkən, bu səhvlərin düzəldilməsi yolunu ideal seçən qələm sahiblərimizdən biri kimi görmüşəm.

Şeirlərinin vətəndaşlıq ruhu kitabdan-kitaba güclənən şairin hətta eksperimentlərində, avanqard, kubist şeirlərində çağdaş Azərbaycan vətəndaşının müstəqilliklə gələn uğurları uğursuzluqlarının geniş Çingizə məxsus poetik tərzdə çəkilmiş mənzərəsi var. Bu baxımdan onun son kitabları bütövlükdə poeziyamızın uğuru sayılmalıdır.

Bu kitablar şair Çingiz Əlioğlunun çağdaş şeirimizdə özünəməxsus yerini müəyyənləşdirir, onu ədəbiyyat tariximizə adı həmişəlik həkk olunacaq müəlliflərdən birinə çevirir.

Zövqünü, ədəbi-estetik tələbləri mövqeyini yaxşı bildiyim dostumunFraqmentlərkitabını oxuyandan sonra onu özüm üçün yenidən kəşf etdim. Esselərinin, düşüncə müsahibələrinin toplandığı bu kitab müəllifinin şair, vətəndaş, ziyalı, ictimai xadim obrazına həm ciddi fikri adamı, ədəbiyyatşünas epitetlərini ana südü kimi halallıqla əlavə edir.

Bu kitab müəllifinin təkcə ədəbiyyata, mədəniyyətə münasibətinin orijinallığı, genişliyi ilə deyil, həm bunların işığında bir çox istimai-siyasi hadisələr qiymət vermək ustalığı ilə diqqəti cəlb edir.

Çingiz Əlioğlu yetmişində , otuz il öncə olduğu kimi, ilhamla, yorulmadan yazıb-yaradır. Hər kitabıyla oxucularını axtarışlarının yeni sürprizləri ilə sevindirir.

Təəssüf ki, bir məqalədə onun yaradıcılığının bütün keyfiyyətləri barədə danışmaq mümkün deyil; bundan ötrü gərək ayrıca bir kitab yazasan. Burda onun yaradıcılığının yalnız bir-iki cəhətinə toxundum. Amma bu məqamda hökmən onun tərcüməçilik qabiliyyəti bu sahədə gördüyü çox əhəmiyyətli işləri xatırlatmaq lazım gəlir. Çünki ədəbiyyatda zövqsüzlüyün, yeni nəslin kitaba marağının azalmasının qarşısını almağın bir yolu da dünya ədəbiyyatının ən yaxşı əsərlərinin dilimizə çevrilib oxuculara təqdim edilməsidir. Bu cəhətdən Çingiz Əlioğlunun tərcümələri həm seçilən müəlliflərə, həm tərcümənin keyfiyyətinə görə mühüm ədəbi hadisədir, xidmətdir bununla yanaşı onun tərcümə sənətinə yanaşmasındakı ciddiyyəti, bu sahədəki xüsusi istedadını nümayiş elətdirir.

Biz bir yerdə çox ölkədə, çox məclislərdə olmuşuq mən Çingizin öz xalqının böyük ruhunu, mədəniyyətini, mənəvi keyfiyyətlərini necə yüksək səviyyədə təmsil elədiyinin dəfələrlə şahidi olmuşam.

Bu, həm onun son illərdə kitab sərgilərində kitab mədəniyyətimizə şöhrət gətirən kitablarına aiddir.

Ləyaqətli bir ömür sürüb, gözəl övladlar böyütmüş (mən böyük oğlu, indi Finlandiyada yaşayan gözəl filmlər çəkən Tahirin kirvəsiyəm), çağdaş ədəbiyyatımızın orijinal dəsti-xəttə malik yaradıcılarından biri kimi ədəbi mühitdə halal hörmət qazanmış, əziz dostumu 70 yaşında da gənclik illərimizdəki kimi şux, yenilikçi, yorulmadan çalışan, öz prinsiplərini pozmadan yazıb-yaradan görürəm. Bundan böyük xoşbəxtlik yoxdur.

14.XI.2014

 





24.11.2014    çap et  çap et