Avropa Komissiyası Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulma prosesinin başlanması ilə bağlı ölkə hakimiyyətinin qanunvericilik təşəbbüsünü araşdırmaq niyyətindədir.
525.az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Anitta Hipper məlumat verib.
"Biz qanun layihəsini təhlil edəcək və onu Ermənistan hökuməti ilə müzakirə edəcəyik", - o bildirib.
Qeyd edək ki, hökumət 2025-ci il yanvarın 9-da Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyib. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, təşkilata üzvlük məsələsi ümumxalq referendumunun keçirilməsi yolu ilə həll edilməlidir.