525.Az

Monqolustanın paytaxtında etirazçılar mərkəzi yolu bağlayıblar


 

Monqolustanın paytaxtında etirazçılar mərkəzi yolu bağlayıblar<b style="color:red"></b>

Monqolustanın paytaxtı Ulan-Batorda etirazçılar paytaxtın mərkəzindəki əsas yolu bağlayıb, nəqliyyatın hərəkətinə mane olublar.

APA xəbər verir ki, bu barədə yerli “News.mn” portalı məlumat yayıb.

Məlumata görə, nümayiş yerli vaxtla saat 11:00-dan 17:00-a qədər keçirilməli idi.

Aksiya təşkilatçıları havanın çirklənməsi və vergi məsələlərinə görə Monqolustan hökumətinin istefasını tələb edirlər.

 





11.01.2025    çap et  çap et