525.Az

Qərb Rusiyaya qarşı 16-cı sanksiyalar paketi üzrə məsləhətləşmələrə başlayacaq


 

Qərb Rusiyaya qarşı 16-cı sanksiyalar paketi üzrə məsləhətləşmələrə başlayacaq<b style="color:red"></b>

Avropa Komissiyası Rusiyaya qarşı 16-cı sanksiyalar paketi üzrə məsləhətləşmələrə yanvarın 14-də başlayacaq.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə RMF FM radiostansiyası Avropa diplomatik dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Vurğulanıb ki, Avropa İttifaqına sədrlik edən Polşa Rusiya-Ukrayna münaqişəsinin başlanmasının üçüncü ildönümündə - fevralın 24-də yeni məhdudiyyətlər paketi qəbul etməyi planlaşdırır.

Məsləhətləşmələr çərçivəsində Aİ səfirləri 16-cı sanksiyalar paketi ilə bağlı təklif və narahatlıqlarını çatdıracaqlar.

 





11.01.2025    çap et  çap et